Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə YEKUN

10:30 25-05-2023 | icon 313 | Cəmiyyət
Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə YEKUN

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin icra etdiyi “Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsinə yekun vuruldu.

 

Versus.Az xəbər verir ki, layihənin məqsədi cənub regionunda evlənməyə hazırlaşan və ya evli şəxslər üçün maarifləndirici təlim-seminarlar təşkil etməklə, peşəkar ekspertlər vasitəsi ilə onların məişət zorakılığı və ailə dəyərləri haqqında məlumatlandırmaq olub.

 

Layihənin birinci mərhələsində Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarında maarifləndirici təlim-seminarlar təşkil edilib. Bu tədbirlərdə 95-i qadın, 37-si kişi olmaqla ümumilikdə 132 nəfər iştirak edib. Təlim-seminarlarda iştirakçılara ailə dəyərləri, Azərbaycanda müvafiq qanunvericilik və s. məlumatlar diqqətə çatıdırılıb.

 

Layihənin ikinci mərhələsində isə təşkilatın ofisində təlimdə iştirak edib və mövzu ilə bağlı sualları olan şəxslərə məsləhət xidməti təşkil edilib.

 

Təlimləri layihənin eksperti Afiq Məlikov aparıb. O, Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq, onun formaları və ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika və s. bu kimi mövzular iştirakçıların diqqətinə çatdırıb.
Təlimlərin sonunda iştirak edənlərə sertifikatlar təqdim edilib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI