Azərbaycan klubunda “təmizləmə əməliyyatı”

18:05 31-05-2023 | icon 248 | İdman
Azərbaycan klubunda “təmizləmə əməliyyatı”

Lazımsız legionerlər yola salınır

 

Keçən mövsüm büdcəsi artırılsa da, istənilən nəticəni əldə edə bilməyən və Premyer Liqada yalnız son turda “Şamaxı”ya qalib gələrək mövqeyini qoruya bilən “Səbail”in heyətində böyük dəyişikliklər olacaq.

 

Versus.Az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev artıq “təmizləmə əməliyyatı”na başlayıb.

 

Proses lazımsız legionerlərin yola salınması ilə start götürüb. Baş məşqçinin istəyi əsasında hücumçular - uqandalı Kizito Luvaqa, portuqaliyalı Qoba Zakpa və bolqarıstanlı yarımmüdafiəçi Emil Martinova qapı göstərilib. Hər üç oyunçu ilə müddəti başa çatan müqavilə yenilənməyəcək.

 

Əvəzində paytaxt təmsilçisi serbiyalı Matiya Lyuiçi komandada saxlamaq istəyir. Şahin Diniyevin istəyi ilə qışda Macarıstan “Uypeşt”indən icarəyə götürülən oyunçu üçün qarşı tərəflə danışıqlar aparılacaq.

 

Diniyevin vaxtında cəlb edilən digər legioner - qvineya-bisaulu vinger David Qomisin müqavilə müddətinin bitməsinə hələ var və o, komandada qalacaq.

 

Digər legionerlərlə bağlı hələlik yekun qərar verilməyib.

 

Qeyd edək ki, “Səbail” ötən mövsümü 29 xalla 9-cu pillədə başa vurub. Komandadakı əcnəbilərin əksəriyyəti əvvəlki baş məşqçi Mahmud Qurbanovun istəyi ilə cəlb olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ