NASA tarixində ilk dəfə...

10:18 02-06-2023 | icon 285 | Maraqlı
NASA tarixində ilk dəfə...

UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi

 

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) yeddi aya yaxındır araşdırma apardığı Uçan Naməlum Obyekt (UNO) və Naməlum Hava Fenomeni (NHF) ilə bağlı ilk dəfə ictimaiyyətə açıq mətbuat konfransı keçirib.

 

Konfransda bununla bağlı bəzi görüntülər də nümayiş etdirilib.

 

Dörd saatdan çox davam edən konfransda astronavt Skott Kellinin rəhbərlik etdiyi 16 nəfərlik xüsusi qrupun bu istiqamətdə araşdırmaları ictimaiyyətə açıqlanıb.

 

Tədqiqat qrupu bəyan edib ki, dünya üzrə rəsmi şəkildə 800-dən çox naməlum hava fenomeni qeydə alınıb ki, bunlardan yalnız 2-5 faizi “Anormal ola bilər” kateqoriyasındadır.

 

Bildirilib ki, UNO müşahidələrini təkzib etməklə yanaşı bunlarla bağlı sübutlar toplamaq da əhəmiyyət kəsb edir.

 

NASA qrupunun rəhbəri David Spergel keyfiyyətli məlumatlara ehtiyac olduğunu vurğulayıb. “Öyrəndiklərmizi bir sətirdə ümumiləşdirməli olsam, deyərdim ki, yüksək keyfiyyətli məlumatlara ehtiyacımız var”, - deyə o qeyd edib.

 

Spergel, həmçinin NASA-nın hər hansı yadplanetli və ya dünyadan kənar canlılarla qarşılaşıb-qarşılaşmaması ilə bağlı sualı da cavablandırıb. “Artıq dünyadan kənar çox sayda planet olduğunu bilirik, ona görə də həyat üçün yüksək potensial mühit mövcuddur. Hələ Yerdən kənarda həyat tapmamışıq, amma axtarırıq”, - deyə o bildirib.

 

NASA komandası haqqında danışılan məsələlərlə bağlı hesabatın iyul ayında dərc ediləcəyini açıqlayıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122