Avstraliyada ən böyük məhkəmə xətası

11:09 06-06-2023 | icon 221 | Maraqlı
Avstraliyada ən böyük məhkəmə xətası

20 il həbsdə yatan “qəddar qadın qatil” günahsız elan edildi

 

Bir zamanlar “Avstraliyanın ən qəddar silsilə qətllər törədən qadın məhkumu” olaraq tanınan qatil dörd azyaşlı uşağını öldürmədiyini göstərən yeni sübutlardan sonra əfv edilib.

 

Ketlin Folbiqq adlı qadın Caleb, Patrik, Sara və Laura adlı körpələri öldürdüyü ittihamı ilə 20 il həbs cəzası çəkib.

 

Ancaq bu yaxınlarda bir araşdırma nəticəsində qadının günahsız olduğu və körpələrin təbii şəkildə öldüyü müəyyən edilib.

 

Beləliklə də 55 yaşlı Ketlin Folbiqqlə bağlı məhkəmə işi Avstraliyanın ən böyük məhkəmə xətası olaraq qəbul edilib.

 

1989-1999-cu illər arasında 19 günlükdən 19 aylığa qədər olan dörd uşaq qəfildən vəfat edib və məhkəmədə prokurorlar uşaqları Folbiqqin boğduğunu iddia ediblər.

 

Lakin gen mutasiyaları ilə bağlı aparılan son araşdırmalar uşaqların öldürülmədiyini ortaya çıxarıb. Nəticədə qadınla bağlı əfv fərmanı imzalanıb və onun dərhal həbsdən azad olunması əmr edilib.

 

“Onun üçün 20 illik bir iztirab oldu. Tezliklə çıxacaq. Ona rifah diləyirəm”, - deyə baş hakim qeyd edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR