50 ildən sonra yarışa qayıtdı

09:46 12-06-2023 | icon 236 | İdman
50 ildən sonra yarışa qayıtdı

Britaniyalı Ceyms Kalado və italiyalılar Antonio Covinazi və Alessandro Pyer Qvididən ibarət İtaliyanın “Ferrari” komandasının heyəti bazar günü “Hiperkarlar”ın əsas sinfi üzrə “24 saat Le Man” yarış marafonunun qalibi olub.

 

İkinci yeri “Toyota”, üçüncü yeri isə “Cadillac”ın ekipajı tutub.

 

Qeyd edək ki, “Ferrari” 1973-cü ildən bəri ilk dəfə əsas marafon sinfində iştirak edib.

 

“24 saat Le Man” marafonu bu il 91-ci dəfə keçirilib. İlk yarış isə 100 il öncə - 1923-cü ildə baş tutub.

 

Marafon dünyanın ən məşhur və populyar yarışlarından biridir. Onun əsasında onlarla film çəkilib. Yarışda qalib olmaq istənilən avtomobil istehsalçısı üçün çox prestijli sayılır. “Porsche” komandası marafonda 19 dəfə qalib gələrək yarışın tarixində ən uğurlu komanda olub. Növbəti yerlərdə “Audi” (13 qələbə) və “Ferrari” (10) qərarlaşıb. Sürücülər arasında danimarkalı Tom Kristensen doqquz qələbə ilə rekorda sahibdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?