Azərbaycan Premyer Liqasında yeni rekord

13:31 12-06-2023 | icon 263 | İdman
Azərbaycan Premyer Liqasında yeni rekord

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib.

 

Peşəkar Futbol Liqasından verilən məlumata görə, baş tutan 180 matçda orta göstərici 1 453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub - 2 007.

 

Bu rəqəm 2018/19 mövsümündə 1 015, 2019/2020 mövsümündə 1 007, 2021/22 mövsümündə 794-ə bərabər olubsa, 2020/21 mövsümü tamaşaçılarsız keçirilib.

 

Ən çox seyrçi 14-cü turun “Sabah” - “Qarabağ” görüşündə (0:0) qeydə alınıb - 10 000. Üç qarşılaşmada 7 000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” - “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” - “Qarabağ” (2:1) duelləridir. Beşlikdə Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun “Turan Tovuz” - “Qarabağ” oyununu (0:2) 5 800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.

 

Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda 2-ci olan “Sabah” və 3-cü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə 5-ci sıradadır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?