“Qızlara ağ yaraşır” layihəsinə START

16:31 13-06-2023 | icon 267 | İdman
“Qızlara ağ yaraşır” layihəsinə START

“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi genişmiqyaslı sosial layihənin növbəti mərhələsini elan edib. Sosial kampaniya cəmiyyətimizdə, xüsusən də qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlib, həmçinin cəmiyyəti gənclərin bu istiqamətdə inkişafına dəstək verməyə çağırır.

 

Sosial kampaniya qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır

 

Qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə, cüdo ilə məşğul olub beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək məqsədi daşıyan “Qızlara ağ yaraşır” sosial layihəsi eyni zamanda həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.

 

Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən, Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaş aralığında ilk 1000 qız tələbəyə cüdoqi hədiyyə olunacaq. Azərbaycan Cüdo Federasiyası əlavə imkanlar təqdim edib, bu istiqamətdə fərqli aksiyalar da keçirəcək.

 

Qızları cüdoya yazdırmaq üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az ünvanına müraciət etmək olar.

 

İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?