Püşkatmaya doğru

16:36 19-06-2023 | icon 279 | İdman
Püşkatmaya doğru

“Qarabağ” üçün ən münasib və ən arzuolunmaz rəqiblər hansılardır?

 

Sabah Çempionlar Liqasında 2023/24 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

 

Versus.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da turnirdəki ilk rəqibi müəyyənləşəcək.

 

Püşkdən öncə UEFA komandaları reytinqlərinə görə səbətlərə bölüb. Ağdam təmsilçisi güclülərin yer aldığı səpələnmişlər sırasında qərarlaşıb. Bu isə o deməkdir ki, “atlılar” nisbətən münasib komandaya rəqib olacaqlar.

 

Azərbaycan çempionunun 14 potensial rəqibindən 13-ü bəllidir. Biri isə ikin mərhələnin qalibi olacaq. Ermənistan çempionu “Urartu” UEFA-nın qərarı ilə Azərbaycan təmsilçisinə rəqib ola bilməz.

 

“Qarabağ”ın potensial rəqibləri bunlardır:

 

“Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

 

İlkin mərhələdə “Atletik Eskaldes” (Andorra), “Buduçnost” (Monteneqro), “Tre-Penne” (San-Marino) və “Breydablik” (Estoniya) mübarizə aparacaqlar.

 

UEFA püşkdən öncə klubları yenidən qruplara böləcək və Azərbaycan çempionunun potensial rəqibləri bir qədər də azalacaq.

 

Bəs indiki məqamda ən münasib və arzuolunmaz püşk nəticəsi necə olar?

 

“Qarabağ” avrokuboklarda böyük təcrübəyə malik olduğu üçün adıçəkilən klubların hər birini keçmək ehtimalı böyükdür. Sadəcə, daha münasib və əziyyətli variantlar ola bilər.

 

Münasiblərdən başlasaq, burada ilkin mərhələdən gələcək rəqib elə ilk seçim olardı. Eyni zamanda, “Linkoln”, “Klaksvik”, “Valmieras”, “Ballkani”, “Larne”, “Hamrun”, “Hesperange” “Qarabağ”ın rahat keçə biləcəyi rəqiblərdir.

 

Tbilisi “Dinamo”su və “Partizani” “Qarabağ”a müəyyən qədər problem yarada bilərlər. Düzdür, Ağdam təmsilçisi bu kollektivlərdən xeyli keyfiyyətlidir, ancaq onları asanlıqla keçməyi düşünmək həddən artıq pozitivlik olardı.

 

Arzuolunmaz rəqiblərə gəlincə, burada Polşa çempionu “Rakuv”, İsveçin ən güclüsü “Haken” və “Farul”u (Rumıniya) qeyd etməliyik. Hər üç kollektiv ən azı heyətinə görə “Qarabağ”ı üstələyir. Düzdür, Qurban Qurbanovun komandası əvvəllər daha güclü rəqibləri mübarizədən kənarlaşdırmağı bacarıb və daha təcrübəlidir. Lakin “atlılar”ın heyətində baş verən dəyişiklikləri, mövsümün lap əvvəli olacağını nəzərə alsaq, belə tezliklə bu cür güclü komandalara rəqib olmaq heç də ən yaxşı proloq deyil.

 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq