Şamanlardan Rusiya ordusuna dəstək

08:45 22-06-2023 | icon 274 | Maraqlı
Şamanlardan Rusiya ordusuna dəstək

Rusiyanın Tuva Respublikasında şamanlar yay gündönümündə bəşəriyyətin rifahı üçün ayinlər keçiriblər.

 

Şamanlar Rusiya əsgərlərinin sağlamlığı və müharibədə qələbə qazanmaları üçün dua ediblər.

 

Bu barədə Tuvanın “Adıq-Eeren” şaman dini təşkilatının nümayəndəsi məlumat verib:

 

“21 iyun, saat 08:00-da Tuvada Monqun-Bulak ərazisində böyük şaman ayini keçirildi. Həmçinin Rusiyanın şamanların olduğu digər bölgələrində də ayinlər keçirilib. Bu, enerji baxımından çox güclü bir gündür. Bu gün yayın uğurlu keçməsi üçün ruhların və əcdadların dəstəyinə müraciət etmək vacib hesab olunur. Şamanlar bəşəriyyətin rifahı, əsgərlərimizin müharibədə zəfəri və sağlamlıqları üçün dua etdilər”.

 

Qurumdan verilən məlumata görə, mərasimə ruhların xeyir-duasını almaq istəyən hər kəs qatılıb.

 

Qeyd edək ki, şamanizmdə ilin ən uzun günü və ən qısa gecəsi ilə xarakterizə olunan yay gündönümü əsas tarixlərdən biri hesab olunur. Bu tarix insan həyatında və təbiətdə dönüş nöqtəsi sayılır. Bayram bərəkət, bolluq, şan-şöhrət, səxavət və xoşbəxtliyi təcəssüm etdirir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq