Belarus klubundan gözlənilməz müraciət

13:44 24-06-2023 | icon 375 | İdman
Belarus klubundan gözlənilməz müraciət

“Neftçi” səfər oyununu da öz meydanında keçirə bilər

 

“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində hər iki oyunu öz meydanında keçirə bilər.

 

Versus.Az xəbər verir ki, “ağ-qaralar”ın potensial rəqibi “Dinamo” (Minsk) bununla bağlı Azərbaycan təmsilçisinə müraciət edib. Onlar mərhələ keçəcəkləri təqdirdə hər iki qarşılaşmanın “Bakcell Arena”da oynanmasını istəyiblər.

 

Məlumatı “Neftçi”dən təsdiqləyiblər.

 

Qeyd edək ki, UEFA-nın qərarı ilə Belarus klubları avrokubok matçlarını neytral meydanda keçirməlidirlər. Bu səbəbdən “Dinamo” “Jelezniçar”la (Bosniya və Herseqovina) ev oyununu da Bakıda - “Qarabağ”ın rəqiblərini qəbul etdiyi “Azersun Arena”da keçirəcək. Sözügedən qarşılaşma iyulun 20-də baş tutacaq.

 

Konfrans Liqasında II raundun oyunları isə iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq