Oyanan kimi bunu etməyin

17:30 07-07-2023 | icon 414 | Sağlamlıq
Oyanan kimi bunu etməyin

Psixi problemlər yaradan 4 səhər vərdişi

 

Əksər insanlar üçün həftədə beş səhər eyni şəkildə başlayır: oyanmaq, qalxmaq, duş almaq, bir fincan qəhvə və ya çay içmək və işə tələsmək. Bəziləri üçün buna məşqlər, səhər yeməyi bişirmək, uşaqları dərslərə toplamaq və ya iti gəzdirmək əlavə olunur.

 
 
 
Hər bir insanın oyandıqdan sonra öz vərdişləri də var, onlar o qədər adiləşirlər ki, biz onları sadəcə hiss etmirik. Məsələn, bu dörd səhər ritualı gizli psixi problemlərdən xəbər verə bilər.
 
 
1. Yuxudan oyandıqdan sonra sosial şəbəkələri gəzmək
 
 
Bəzilərinin həqiqətən gözlərini açmağa və yeni bir günün gəldiyini başa düşməyə vaxtı yolmur, çünki dərhal telefonu götürürlər. Eyni zamanda, onlar intuitiv olaraq, bütün sosial şəbəkələrə daxil olur və orada baş verənləri izləməyə başlayırlar.
 
 
Bu vərdiş daim özünüzü başqaları ilə müqayisə etdiyinizi göstərə bilər. Bu davranış tez-tez uşaqlıqda valideyn laqeydliyi və qeyri-ardıcıl emosional reaksiyalar yaşayanlarda olur.
 
 
Bu vərdişi dəyişin: oyandıqdan sonra ilk 15-20 dəqiqə telefona girməyin, yataqda uzanarkən narahatedici və xoşagəlməz xəbərləri oxumayın.
 
 
2. Güzgü qarşısında özünütənqid
 
 
Bəzi insanların oyandıqdan dərhal sonra güzgü qarşısına keçmək və özlərini diqqətlə yoxlamaq vərdişi var. Nə qədər yeni sızanaqlar, qırışlar yaranıb, bel və omba ilə nə var. Öz bədəninin qavranılması ilə əlaqəli psixoloji travma özünü belə göstərir. Çox vaxt bir insanın xarici görünüşünə qarşı sərt tənqid, özünə hörmətin az olmasına səbəb olur. Buna yol vermək qətiyyən olmaz. Uğur insanın əməyindən asılıdır.
 
 
3. Yataqdan qalxmağa belə tənbəllik etmək
 
 
Ayağa qalxmaq, dişlərinizi fırçalamaq, səhər yeməyi yemək, ailə üzvləri ilə danışmaq istəmirsiz. Üstəlik, bu vəziyyət təkcə iş günləri deyil, həftə sonları da özünü göstərir.
 
 
Əslində problemin keçmişdə gizlənə biləcəyinə inanırlar: əgər sizi daim tənqid edirlərsə, bu günə qədər sizi təqib edən uğursuzluq qorxusunu belə gizlədirsiz. Bu, xüsusilə, daim danlanan yeniyetmələrdə baş verir, onlar elementar gigiyena da daxil olmaqla, gündəlik işlərdən qaçmağa çalışırlar.
 
 
4. Səhər özünüzü ev işləri ilə yükləmək
 
Burada hər şey tam əksinədir: dişlərinizi fırçalamağa və yatağı düzəltməyə hələ vaxtınız yoxdur, çünki iş söhbətlərində cavab verirsiniz, səhər yeməyi bişirirsiniz, ərinizin köynəyini ütüləyirsiniz, uşağınızın ev tapşırığını yoxlayırsız.
 
 
Bəlkə də burada uşaqlıq travması rol oynayır. Əgər valideynlər uşağa lazım olan hər şeyi verə bilmirdilərsə, o zaman valideynlərin laqeydliyi ucbatından yorğunluğun yığılıb depressiyaya çevrilmə riski var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR