Şahbulaq əhəngdaşı yatağı istifadəyə verildi

13:14 07-07-2023 | icon 311 | Qarabağ
Şahbulaq əhəngdaşı yatağı istifadəyə verildi

“İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilir”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında bildirib.

 

O deyib ki, 2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib:

 

“Əlavə olaraq 2023-cü ildə Ağdam rayonu ərazisində yerləşən Şahbulaq əhəngdaşı yatağı istifadəyə verilib. Monitorinqlər və qanunsuz fəaliyyətlə bağlı hüquqi tədbirlər görülüb”.

 

Samir İdayətov onu da qeyd edib ki, Agentlik tərəfindən respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, 2023-cü ilin altı ayı ərzində isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsində monitorinq keçirilib:

 

“Monitorinq işləri müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilib, həmçinin yataq sahələrinə yerində baxış keçirilib. Toplanmış informasiyaya uyğun təhlillər aparılıb, uçot və hesabatlılıq təmin edilib, müəyyən edilmiş 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib.

Qanunsuz fəaliyyət ilə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin Qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv olunub. Hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48) tərtib olunub, fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib. 2021-ci ildən başlayan monitorinqlər nəticəsində yer təki istifadəçilərinə verilmiş icazə sənədində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, həmçinin icazə sənədi olmadan yer təkinə qanunsuz müdaxilə hallarının aşkar edilməsi istiqamətində hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə fəaliyyətə başlanılıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI