Baş örtüyündən imtina edənlər universitetlərə buraxılmırlar

13:54 11-07-2023 | icon 345 | Dünya
Baş örtüyündən imtina edənlər universitetlərə buraxılmırlar

Baş örtüyündən imtina edən iranlı tələbələri artıq universitetlərə buraxmırlar. Bu səbəbdən azı 60 tələbə dərsdən kənarlaşdırılıb.

 

Bu barədə “The Guardian” öz mənbələrinə istinadla xəbər verib.

 

Bildirilir ki, ali təhsil müəssisələrinin rəhbərləri qızları “nalayiq görkəminə” görə universitetdən qovmaqla hədələyib, həmçinin onlara “sıfır” qiymət veriblər. Daha bir məlumata görə, təhlükəsizlik qüvvələri tələbələri zorla sinif otaqlarından çıxararaq döyüblər.

 

“Hicab taxmaqdan imtina etdiyimiz üçün bizi kütləvi şəkildə kampusdan qovurlar. Son bir neçə gündə dinc oturaq aksiyası keçirdiyimizə görə də qəddar təqiblərə məruz qalmışıq”, - deyə tələbələrdən biri danışıb.

 

Tehrandan olan başqa bir tələbə isə universitet rəhbərliyinin davranışından narahat olduğunu bildirib.

 

“Universitet rəhbərliyi İslam Respublikasının uzanan əli kimi fəaliyyət göstərir. Aİ-də magistr proqramına ərizələr hazırlayıram, amma sosial şəbəkələrdə inqilaba dəstək yazılarıma görə tövsiyə məktubu, həmçinin lazımi qiymətləri ala bilməyəcəyimdən qorxuram. Universitet rəhbərliyi mənə xəbərdarlıq etdi ki, üzr istəməsəm və paylaşımlarımı silməsəm, “sıfır” qiyməti alacağam”, - deyə tələbə bildirib.

 

Vəziyyət həm İranın daxilində, həm də beynəlxalq aləmdə hiddət doğurub. İnsan haqları təşkilatları İran hökumətini tələbələrin hüquqlarına hörmət etməyə və onların şəxsi inanclarına, geyimlərinə görə ayrı-seçkilik olmadan təhsil almaq imkanlarını təmin etməyə çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR