Atasını 42 bıçaq zərbəsi ilə öldürdü

06:23 12-07-2023 | icon 356 | Hadisə
Atasını 42 bıçaq zərbəsi ilə öldürdü

Oğul atasını bacısına qarşı əxlaqsızlıq etdiyinə görə 42 bıçaq zərbəsi ilə öldürüb. 

 

Belə ki, Nəbiyevlərin əsas problemi ailə başçısı Füzulinin (ad şərtidir) günün müxtəlif saatlarında spirtli içkilərin təsiri altında evə gəlməyi ilə bağlı idi. O, hər dəfə həyat yoldaşı Humaya və oğlu Mehdiyə qarşı qeyri-etik davranışlar sərgiləyirdi.

 

Humay ailəni dolandırmaq üçün evlərə təmizliyə gedirdi. Buna baxmayaraq, Füzuli onunla köləsi kimi davranırdı. Evə heç bir ərzaq almadığı halda yoldaşından yemək tələb edir, üstünə qışqırır, onu döyməklə qorxudurdu.

 

Bütün bunları eşidən oğlu Mehdi atasının etdiklərinə birtəhər dözürdü. O, uşaqlıqdan bəri anasının çəkdiyi əzabları görür, ancaq valideyni olduğu üçün susqunluqla qarşılayırdı.

 

Ödənişli əsaslarla ali təhsil alan Mehdi pandemiya zamanı fəhlə kimi işləyib, qazandığı pulu gizlətməsi üçün anasına verir. Füzuli həmin pulu tapır və spirtli içki almaq üçün kafeyə gedir.

 

Füzuli kafedə olarkən Mehdi bacısı Lalə ilə telefonla danışır və anası ilə evi tərk edirlər.

 

Bir neçə ildir evli olan Lalə ailəsinə artıq hər şeyin bitdiyini deyir və onları həyat yoldaşı ilə birgə yaşadığı evə qəbul edir.

 

Humay və Mehdi evi tərk etdikdən sonra Füzuli dayanmadan onlara zəng edir və evə qayıtmalarını tələb edirdi. Lalə isə telefonu anasından alıb atasına bildirir ki, onlar evə qayıtmayacaq və bundan sonra Lalənin yanında qalacaqlar.

 

Lalə istintaqa verdiyi ifadədə qeyd edib ki, bir dəfə anası və qardaşı evdə olmayanda atası Füzuli ona təcavüz etməyə çalışıb, zorla onun əlindən qurtulub. Qızına bu barədə heç kimə deməməsini tapşırır və onu öldürməklə hədələyir.

 

Bir neçə gün sonra Mehdi atası ilə hesablaşmaq qərarına gəlir. Marketdən bıçaq alaraq evlərinə yollanan Mehdini qapının kandarında atası qarşılayır. Füzulinin yaxasından tutaraq onu içəri çəkir və aralarında gərgin mübahisə başlayır. Bu vaxt Mehdi bıçağı belindən çıxararaq atasına ard-arda 42 zərbə vurur. Aldığı xəsarətlərdən Füzuli yerindəcə həyatını itirir. Mehdi isə oradan qaçaraq uzaqlaşır.

 

Mehdi cinayəti törətdikdən sonra bacısı ilə görüşüb, ona hər şeyi danışır. Bacısı ona deyir ki, “O, bizim həyatımızı məhv etdi, amma gərək sən öz həyatını ona görə məhv etməzdin. İndi isə get, polisə təslim ol. Anamızdan da narahat olma”.

 

Mehdi məhkəmə zalında deyib ki, etdiyi əməldən peşman deyil. Bu, onun üçün qeyrət qisası olub.

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR