Millimiz Budapeştdə reytinq turnirinin qalibi olub

07:19 17-07-2023 | icon 277 | İdman
Millimiz Budapeştdə reytinq turnirinin qalibi olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub. Azərbaycan millisi altı medalla Budapeştdə reytinq turnirinin qalibi olub.

 

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

 

Məlumata görə, yarışın son günündə yunan-Roma güləşi üzrə 7 çəkidə qaliblər müəyyənləşib.

 

67 kq

Həsrət Cəfərov qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Cəfərov 6:1 hesablı qələbəylə turnirin baş mükafatına yiyələnib.

 

72 kq

Ülvü Qənizadə litvalı Kristupas Sleyvaya (6:0), türkiyəli Selçuk Cana (5:5) və qazaxıstanlı Daniyar Kalenova (5:1) qalib gələrək finala yüksəlib. Ancaq yarımfinal görüşündə çiynindən aldığı zədə iranlı Seyid Söhrabiylə güləşməyə imkan verməyib və Qənizadə gümüş medalla kifayətlənib.

 

77 kq

Sənan Süleymanov amerikalı Riçard Perkinsə (3:1), finlandiyalı Conni Sarkkinenə (5:1) və gürcüstanlı Yuri Lomadzeyə (10:0) qalib gələrək finala yüksəlib. Sənan həlledici görüşdə amerikalı Kamal Beyi də 4:1 hesabıyla üstələyərək qızıl medalı boynundan asıb.

 

87 kq

Rafiq Hüseynov amerikalı Kayl Braunagelə (2:1) qalib gəlsə də, 1/8 finalda gürcüstanlı Qurami Xetsurianiyə (1:4) məğlub olub.

 

İslam Abbasov 1/8 finalda bolqarıstanlı Semen Novikova uduzub – 1:3. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşdə iştirak hüququ qazanıb və qazaxıstanlı Nursultan Tursinova qalib gəlib - 5:1. Ancaq bürünc medal uğrunda gürcüstanlı Qurami Xetsuriani gərgin mübarizə şəraitində keçən mübarizədən məğlub ayrılıb – 2:3.

 

97 kq

Murat Lokyayev 1/8 finalda avstriyalı Daniel Qastla 1:3 hesabıyla məğlub olub. Arif Niftullayev koreyalı Seunqyun Kimə (2:1) qalib gəlsə də, 1/4 finalda onun da yolunu Qastl kəsib - 1:5.

 

130 kq

Beka Kandelaki çexiyalı Marsel Albiniyə (11:2), finlandiyalı Konsta Maenpaeaeyə (4:1), koreyalı Minseok Kimə (2:1) və finlandiyalı Elias Kuosmanenə (3:1) qalib gələrək finala yüksəlib. Beka həlledici görüşdə iranlı Əmir Qasimimonjaziyə 1:3 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.

 

Sabah Şəriəti litvalı Romas Fridrikası sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 finalda iranlı Əliəkbər Yusifahmadçali ilə görüşə çıxmayıb.

 

Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Milli 140 xalla komanda hesabında yarışın qalibi olub. Macarıstan (113) ikinci, İran (98) isə üçüncü yeri tutub. Xatırladaq ki, bir gün öncə Murad Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq