“Sumqayıt”ın yeni transferindən açıqlama

06:35 25-07-2023 | icon 244 | İdman
“Sumqayıt”ın yeni transferindən açıqlama

Roi Kahat: “Yaxşı komandamız var”

 

“Sumqayıt”ın yeni transferi Roi Kahat klubun rəsmi saytına açıqlamasında deyib ki, futbolçular bir-birilərinin oyun tərzini tanımağa başlayırlar:

 

“Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq”.

 

O, “gənclik şəhəri” təmsilçisinə keçidinə də toxunub:

 

“Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar “Sumqayıt”da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim”.

 

Kahatın sözlərinə görə, komandanın səviyyəsi çox yaxşıdır:

 

“Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, evdə və səfərdə - hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq”.

 

Qeyd edək ki, Roi Kahat “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq