Rusiyanın UNESCO-dan çıxarılması TƏLƏBİ

14:53 26-07-2023 | icon 224 | Dünya
Rusiyanın UNESCO-dan çıxarılması TƏLƏBİ

Almaniya: “Artıq son həddi aşıb”

 

Rusiyanın Odessanın tarixi mərkəzinə hücumundan sonra Almaniyanın “World Heritage Watch” təşkilatı Rusiyanın UNESCO-nun Ümumdünya İrs Komitəsindən kənarlaşdırılmasına çağırıb.

 

Təşkilat tərəfindən verilmiş bəyanatda bildirilib ki, tarixi binaları məqsədyönlü şəkildə dağıtmaqla Rusiyanın soyqırımına köklənmiş rejimi artıq son həddi aşıb və dünyanın sivil dövlətlər sırasından birdəfəlik çıxıb.

 

“World Heritage Watch” qeyd edib ki, Rusiya 1972-ci il Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı və silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyasını pozub. Sonuncunu isə ölkələr İkinci Dünya müharibəsi zamanı mədəni sərvətlərin kobud şəkildə dağıdılması və talan edilməsinin birbaşa nəticəsi kimi qəbul ediblər.

 

“Rusiya mədəni sərvətlərin qorunması ilə bağlı məsləhətlər verən və ya qərarlar qəbul edən beynəlxalq qurumlarda iştirakla bağlı bütün hüquqlarını itirib”, - deyə “World Heritage Watch”dan qeyd edilib.

 

Təşkilatın nümayəndələri UNESCO-nun növbədənkənar iclasının keçirilməsinə və gündəmdə olan yeganə məsələ kimi Rusiyanın xaric edilməsinə çağırıblar. Onlar, həmçinin, işçi qrupuna Ümumdünya İrs Konvensiyasını pozanlara qarşı sanksiyalar mexanizminin hazırlanması ilə bağlı göstəriş verilməsini təklif ediblər.

 

Xatırladaq ki, iyulun 22-dən 23-nə keçən gecə Odessa rusiyalıların raket hücumlarına məruz qalıb və mülki infrastruktur, çoxmərtəbəli binalar, fərdi yaşayış binaları, avtomobillərlə yanaşı, UNESCO-nun himayəsi altında olan şəhərin tarixi mərkəzinə də ciddi ziyan dəyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR