Maribor-2023: Azərbaycan komandası festivalda ilk medallarını qazandı

15:37 26-07-2023 | icon 315 | İdman
Maribor-2023: Azərbaycan komandası festivalda ilk medallarını qazandı

Azərbaycan komandası Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalında ilk medallarını qazanıb. "Olimpiya dünyası” qəzetinin Maribora ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandamızın aktivinə medalları cüdoçularımız yazdırıblar. Belə ki, festivalın bu gün start götürən cüdo yarışlarında 3 cüdoçumuz tatami üzərinə çıxıb ki, onlardan da ikisi çıxışını bürünc medalla başa vurub.

 

Bu barədə məlumat Versus.az-a Gənclər və İdman Nazirliyindən veriilib. 

 

Təmsilçilərimizdən ilk olaraq Nihad Məmişov (-50 kq) fəxri kürsüdə yer alıb. Mübarizəyə ermənistanlı Hayk Darbinyan üzərində qələbə ilə başlayan idmançımız növbəti mərhələdə Şota Baçaşvili (Gürcüstan) ilə qarşılaşıb. Təəssüf ki, idmançımız bu görüşdə rəqibinə uduzub. N.Məmişov üçüncü yer uğrunda görüşdə italiyalı Françesko Krokiani ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gələn Nihad Məmişov Maribor-2023-ün bürünc medalına sahib çıxıb.

 

Komandamıza digər bürünc medalı isə Ayxan Mirzəzadə (-55 kq) qazandırıb. O, 1/8 finalda isveçli cüdoçu Samir Pabloskiyə, növbəti mərhələdə isə niderlandlı Luka Riçardsona qalib gəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı cüdoçu Merabi Samadaşviliyə məğlub olub. Yeniyetmə cüdoçumuz bürünc medal uğrunda görüşdə polşalı Yan Kolondraya qalib gələrək üçüncü yer sahib çıxıb.

 

Qızların mübarizəsində isə Məryəm Bayramzadə (-44 kq) çıxışını medalsız başa vurub. İlk görüşdə Böyük Britaniya təmsilçisi Eva Evinqə qalib gələn Məryəm növbəti mərhələdə belçikalı Lena Antoineyə məğlub olub. Mübarizəsini təsəlliverici görüşdə davam etdirən cüdoçumuz bu mərhələdə avstriyalı Tatevik Minasyanla qarşılaşıb. Təəssüf ki, idmançımız bu qarşılaşmada da məğlub olaraq yeddinci yerlə kifayətlənib.

 

Qeyd edək ki, cüdo üzrə yığma komandamız yarışda 12 (8 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq