“Ermənilər cinayət məsuliyyətlərini yüngülləşdirməyə çalışır"-açıqlama

11:41 31-07-2023 | icon 311 | Geopolitika
“Ermənilər cinayət məsuliyyətlərini yüngülləşdirməyə çalışır"-açıqlama

 

“Ermənistanın Laçın yolunda gərginlik yaratması Azərbaycana qarşı növbəti təxribatdır. Məqsəd, yaxın zamanda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına əngəl olmaq,  diqqəti ermənilərin məlum “humanitar fəlakət” cəfəngiyyatına yönəltməkə, əsas məsələdən yayınmaqdır”.

 

 

Bunu Versus.az-a deputat Elşad Mirbəşir Azərbaycanı soyqırımda ittiham edən Ermənistan hökumət başçısnın həyasız, cəfəng iddiaları ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Azərbycana qarşı soyqırım, işğal törədən Ermənistan sülh danışıqlarından qaçdığı, üzərinə düşən öhtəlikləri yerinə yetirib silahlı quldur dəstələrini ərazilərimizdən çıxarmadığı halda üstəlik Azərbaycanı soyqırımı törətməkdə günahlandırır.

 

Deputat Paşinyanın -“sərhəddə yüklərin buraxılmaması bir daha göstərir ki,  Azərbaycan ermənilərə qarşı soyqırımı tərədir” fikirlərini erməni xislətinin növbəti bariz nümunəsi adlandırıb.  

 

“Paşinyan dünyaya göstərmək istəyir  ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti acınacaqlıdır. Paşinyan bu məsələdə tək deyil, Avropadan dəstək almaqdadır. Məsələn,
Aİ-nin ali nümayəndəsi Cozef Borrell  deyir ki, Ağdam-Xankəndi yolu Laçın yoluna alternativ hesab oluna bilməz. Nəyə görə, axı tibbi, sosial məqsədər üçün həmin yoldan istifadə edlməsində heç bir məhdudiyyət yoxdur. Əgər erməniyə humanitar yardımların çatdırılması üçün yol lazmdırsa,  onlar üçün fərqi nədir.  Demək, burda  məqsəd başqadır: Azərbaycana qarşı qərəzli siyasi mövqe formaşdırmaq, təzyiqlər göstərmək, Azərbaycan ərazisində yaşayan ermənilərə ayrıca bir statusu müəyyən etmək... Avropadan, Paşinyandan eşidirik: “beynəlxalq hüquqlar tətbiq olunmaqla Azərbaycan ərazilərindəki ermənilərin hüquqları təmin olunmalıdır”-deyirlər. Görünür ki, bunlar regionda Kosova variantına bənzər bir hal yaratmaq istəyirlər. Bu fikir Şarl Mişel, eləcə də Makron tərəfindən də səslənib. Bu da Azərbaycan ərazisində beynəlxalq missiyanın yerləşdirilməsinə xidmət edir. Çünki buna cəhd edildi, amma  Azərbaycan razı olmadı. Bu gün Ermənistanda yerləşən həmin missiyalar Azərbaycana qarşı qərəzli mövqenin formalaşdırılması aləti kimi çıxış edir. Ermənilərlə siyasi spekulyasiya, manipulyasiya edib Azərbaycan -Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq, yaxud imzalanarsa ermənilərə hansısa status müəyyən edilməsinə nail olmaqdır. Bu da Paşinyanın xilası, hakimiyyətədə qalmasını təmin edəcək. Beləliklə də Avropanın regionda mövcudluq imkanları genişlənəcək”.

 

 

Deputat eyni zamanda hesab edir ki, Ermənistan “humanitar yük oyunu” ilə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, törətdiyi cinayətlərə bəraət qazandırmaq istəyir.

 

“Dünyaya göstərmək istəyirlər ki, vaxtilə Azərbaycan ərazisində yaşayan erməniləri qorumaq üçün  işğalçılıq siyasətini həyata keçirdiblər. Ermənilər bununla özlərinin cinayət məsuliyyətini yüngülləşdirməyə çalışır, Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırmaq niyyətini güdürlər.  Azərbaycanın humanistliyindən istifadə edib, açıq saxladığı Laçın yolundan separatçılara silah-sursat, mina daşıdılar və siyasət bu gün də davam edir”.

 

E.Mirbəşir bildirib ki, əslində ermənilər bu cür qeyri-qanuni yükdaşımalarla Azərbaycanın Laçın yolunda hərəkəti məhdudlaşdırmasını özləri istəmişdilər.

 

“Azərbaycan Laçın yolunda hərəkəti məhdudlaşdırmalıydı. Çünki bizim təhlükəsizliyimizə təhdid yaradan  hallara yol verilirdi. Bütün dünyada olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan öz təhlükəsizliyinə olan təhdidin qarşısını alır. Amma buna baxmayaraq Azərbaycan yenə də ermənilərə Ağdam- Xankəndi yolu yüklərini daşımağı təklif edir. Azərbaycan qanunlarına ymağa məcburdurlar”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq