"Oturub Ədliyyə nazirliyinin nə deyəcəyini gözləmirdik"

12:47 04-08-2023 | icon 294 | Siyasət
"Oturub Ədliyyə nazirliyinin nə deyəcəyini gözləmirdik"

"Çatışmazlıqları aradan qaldırıb yenidən siyahını təqdim edəcəyik"

 

Milli Cəbhə Partiyasının (MCP) yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab məktubu göndərib.

 
 
Qeyd edək ki, MCP 5396 nəfər üzvlərin məlumatını göndərib ki, onlardan da 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur. 90 nəfərin başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilib.
 
 
"210 nəfər MCP üzvü olmadığını deyib. Bu məsələni araşdırarıq, 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib. Əslində bu təbiidir, çünki ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər"-deyə, MCP Mətbuat Xidmətindən bildirilib.
 
 
Siyahıda ciddi problemlərin olmadığı, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən siyahını təqdim edəcəklərini deyən MCP rəhbərliyi vurğulayıb ki, təqdim edilən 5396 nəfərdən 3504 nəfər qəbul edilib:
 
 
"845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək, bu günə aşağı-yuxarı 4349 nəfər var. Hərçənd ki, bizim əlimizdə hələ 2015-ci ildən qalan üzvlər siyahısı var. Onları tam saf-çürük edə bilməmişdik və proses davam edirdi. Yəni biz oturub Ədliyyə nazirliyinin nə deyəcəyini gözləmirdik. Bu zaman ərzində partiya mənsubları ciddi işləyib".
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq