Pakistanda parlament buraxıldı

08:47 10-08-2023 | icon 261 | Dünya
Pakistanda parlament buraxıldı

Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verildi

 

Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə bildirişi təsdiqləyib.

 

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

“Prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq Baş nazirin məsləhəti ilə Milli Assambleyanı buraxıb”, - deyə məlumatda bildirilir.

 

Bununla da, Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verilib.

 

İstefa verən nazirlər kabinetini əvəz etmək üçün müvəqqəti hökumət yaradılacaq. Eyni zamanda, müvəqqəti baş nazirin namizədliyi hələ müəyyən edilməyib. Şahbaz Şərif Milli Assambleyadakı müxalifət lideri ilə birlikdə respublikaya müvəqqəti olaraq kimin rəhbərlik edəcəyinə qərar verməlidir.

 

Əgər onlar üç gün ərzində namizədlə bağlı razılığa gələ bilməsələr, o zaman bu vəzifənin həlli iqtidar və müxalifət nümayəndələrinin bərabər sayda təmsil olunduğu parlamentin xüsusi komitəsinə tapşırılacaq. Konsensusa gəlmək üçün parlament komitəsinə də üç gün vaxt veriləcək. Siyasətçilər bu məsələdə razılığa gələ bilməsələr, son seçimi Pakistan Seçki Komissiyası edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR