"Gərgin situasiya antiterror əməliyyatlarını reallaşdırır"

09:02 17-08-2023 | icon 212 | Geopolitika
"Gərgin situasiya antiterror əməliyyatlarını reallaşdırır"

Məhəmməd Əsədullazadə: “Azərbaycan ermənilərlə onların özlərinin başa düşəcəyi dildən danışmalıdır”

 

“Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalıdır. Rusiya bunun qarşısını almağa cəhd edəcək. Amma Azərbayan Türkiyə ilə koordinasiyalı fəaliyyət göstərərsə, əlbəttə ki, Rusiya bunun qarşısını almayacaq”.

 

Bunu Versus.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə erməni separatçılarının bölgədə müharibə ehtimalına qarşı, Azərbaycanın hansı real addımarı atacağı ilə bağlı açıqlamasında bildirib. O, hesab edir ki, indiki gərgin situasiya antiterror əməliyyatlarını reallaşdırır.

 

M.Əsədullazadə mövcud vəziyyəti təhlil edərək, Qarabağdakı separatçıların təzyiqi ilə erməni vətəndaşların  da  Azərbaycana reinteqrasiyasını mümkün hesab etməyib. Bildirib ki, onlar I-II Qarabağ müharibəsində Azərbaycana qaşı işğal əməliyyatlarında aktiv iştirak ediblər.  Ona görə də ermənilərdən inteqrasiya gözləməli deyilik:

 

“Azərbayan hərbi əməliyyatlar aparmalı və  ermənilərlə öz başa düşəcəyi dildə danışmalıdır. Ya çıxıb getməli, ya da tərkisilah olunaraq cəzalandırılmalıdır. Separatçıların bundan başqa alternativi yoxdur”. 

 

Ekspert eyni zamanda hesab edir ki, Azərbaycan ermənilərin danışıqları boş yerə uzatmasına seyrici qalmamalıdır:

 

“Diplomatik danışıqlar heç bir nəticə vermir.  Qarabağı, torpaqlarımızı güc yolu ilə azad etmişik. Çox güman ki, Rusiya sülhməramlı faktoru da buna imkan verməyəcək. Rusiya sülhməramlı fəaliyyəti ermənilərin reinteqrasiyasının qarşısını almağa yönəlib. Ona görə də Azərbaycan “nöqtə” əmliyyatları keçirməklə separatçı “pətəyi”ni dağıtmalıdır. Bundan sonra emənilər də Azərbaycana reinteqrasiyanı qəbul etmək məcbriyyətində qalacaq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ