“İtkinlərimizin ailəsi məni bağışlasın...”

17:47 23-08-2023 | icon 271 | Cəmiyyət
“İtkinlərimizin ailəsi məni bağışlasın...”

Könül İsmayılova: “Məncə, ölüm əsir həyatından yaxşıdır...”

 

“Biz itkinimizin meyidini tapanda da şükr edən xalqıq. Bu, Azərbaycan xalqının özəlliklərindən biridir. Sevinirik ki, öldüsündən-qaldısından xəbərimiz olmayan insanımızı nəhayətdə tapırıq, el qaydasınca dəfn edirik. Həm ölümüzün ruhu rahatlıq tapır, həm 31 il gözü yolarda qalan əzizləri rahatlıq tapır”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova şəxsi “facebook” hesabında yazıb.

 

Könül xanımın Birinci Qarabağ Müharibəsi zamanı itkin düşənlərimizin meyitlərinin qalıqlarının tapılması ilə bağlı fikirlərini təqdim edirik:

 

“Birinci Qarabağ Müharibəsi zamanı itkin düşənlərimizin meyitlərinin qalıqları tapılanda istər-istəməz şükr edirsən ki, yaxşı ki erməni əsirliyində deyillər. İtkinlərimizin ailəsi məni bağışlasın, məncə, ölüm əsir həyatından yaxşıdır. Axı əsirlikdə yaşanan işgəncələr min kərə öldürür insanı...

 

İllərdir özünü korluğa vuran dünya bu Azərbaycanın hansı ədalətsizliklərə uğradığının fərqindədirmi görəsən? İşğaldan azad etdiyimiz torpaqlarda minalardan tutmuş itkinlərimizin meyitlərinin qalıqlarına, kütləvi məzarlıqlara qədər nələri aşkar etmirik... Aşkar edib göstəririk ki, ay ədalətdən, demokratiyadan dəm vuran dövlətlər, baxın, sizin ədalətiniz bumu?! 31 il bir insan ömrüdür, bu qədər vaxtda itkin yolu gözləmək nədir bilirsizmi?! Hələ əsrlikdə olanlarımız... Haqsızlıq, ədalətsizlik bu qədər də olmaz axı...

 

Allah şəhidlərimizə rəhmət eləsin. Allah itkinlərimizə vətən torpağında dəfn edilmək nəsib etməklə ruhlarına rahatlıq versin. Azərbaycan xalqı dözümlü və mübariz xalqdır. Torpaqlarımıza sahib çıxdıq və bizim olanı qoruyacağıq. Tanrı Azərbaycan ordusuna qüvvət versin. Ali Baş Komandanımızla irəli!”

 

/Birinci Qarabağ müharibəsində Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan Məhərrəm Abbasov/

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq