Rumıniya qəzetində Laçın şəhəri haqqında geniş məqalə

10:17 27-08-2023 | icon 1079 | KİV
Rumıniya qəzetində Laçın şəhəri haqqında geniş məqalə

Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “26 avqust – Laçın günü” sərlövhəli məqaləsini dərc edib.

 

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağını Laçın şəhərində qaldırdığı qeyd edilir. Bildirilib ki, son 30 ildə ermənilər Laçında qanunsuz məskunlaşmalar aparsalar da, məqsədlərinə nail ola bilməyiblər.

 

Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə çalan Azərbaycan əsgəri indi Laçının keşiyində dayanır. 44 günlük Vətən müharibəsinin tarixi və nəticələri, Laçının qaytarılması, əlavə yolun çəkilməsi kimi məlumatlar məqalədə yer alıb.

 

Dövlətimizin başçısının Laçına səfəri, burada quruculuq işləri ilə tanış olması, inşa olunan evlərin açarlarını sakinlərə təqdim etməsi məqalədə xüsusi vurğulanıb. Bildirilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, qurumun Təhlükəsizlik Şurası, ATƏT bu günə kimi Ermənistana qarşı apardığı təcavüzkar siyasətinə görə hələ də heç bir sanksiya tətbiq etməyiblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?