Fransa sülhün, türk dünyasının qarşısında 

12:25 03-09-2023 | icon 198 | Siyasət
Fransa sülhün, türk dünyasının qarşısında 

 


“Nə indiki Fransa o vaxtkı Fransadır, nə də Türkiyə ilə Azərbayacan o vaxtkı ölkələr deyil. Fransa yetərincə zəifləyib, Türkiyə-Azərbaycan isə onlarsız heç bir təşəbbüsün reallaşmadığı dövlətlərə çevriliblər. Ona görə də bütün hallarda hayların Fransa kimi yırtıcı dövlətlərin əlində alətə və alver predmetinə çevirməsi yenə də öz başlarında çatlayacaq”.

 


Bunu versus.az-a Milli Məclisin deputatı Sahib Alıyev Fransanın regionda Azərbaycana qarşı əks çıxışları və aqressiyasının səbəbləri planları ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, Fransa I dünya müharibəsi zamanı haylara hansı niyyətlə yanaşırdısa indi də eyni niyyəti güdür. O zaman da dünya düzəni yenidən formalaşırdı və yırtıcı dövlət olaraq Fransa nələrisə qamarlamağa çalışırdı. İndi də yeni dünya düzəninin formalaşdığı bir ərəfədə Fransa öz ampluasındadır.

 

S.Alıyev Yelisey sarayının ilk baxışda “hay havadarı” kimi çıxış etməsinin arxasında sadəcə məkirli niyyətləri durur.

 

“Fransa haylardan faydalanmaqla regionda sülh yaranmasının qarşısını almağa çalışır, Türkiyənin yolunu kəsmək, Türk Dünasının qalxmasına əngəl olmağa çalışırlar. I dünya savaşında olduğu kimi bunun da öz qiyməti var. Onlar fikirlrşirlər ki, istədiklərini qoparsalar, o zaman haylara necə davranmışdılarsa elə də davransınlar”.


Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da