Qaraxanbəyli döyüşünün qəhrəmanlıqları əbədiləşdiriləcək

08:04 05-09-2023 | icon 766 | Film
Qaraxanbəyli döyüşünün qəhrəmanlıqları əbədiləşdiriləcək

“Replay media” 44 günlük Vətən müharibəsi zamanı 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi təqdim edir.

 

27 sentyabrda başlanan Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli idi. İlk əməliyyatlardan biri Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid komutan Həmdəm Ağayev və qazi komutan Elçin Allahverdiyevin 1-ci taboru tərəfindən keçirilirdi. Beləliklə, Azərbaycanın hərb tarixində ən qanlı savaşlardan olan Qaraxanbəyli döyüşünün adı həkk olundu. 34 şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun şücaətini bütün dünyaya göstərə bildi.

 

“Replay media” nın təşkilatçılığı ilə hazırlanan “Qaraxanbəyli döyüşü” sənədli filmi əsgərlərimizin qəhramanlığını real kadrlar əsasında nümayiş etdirmək və şəhidlərimizin xatirəsini əbədiyyən yaşatmaq məqsədini daşıyır.

 

Sənədli filmdə istifadə olunan videomateriallar 1-ci taborun əsgərlərinin döyüş əsnasında çəkdikləri kadrlardır, məhz bu səbəbdən filmdə tam olaraq real döyüş şəraiti əks olunur.


Bundan əlavə, filmdə şavaşın dəqiq təsvirini, eləcə də əməliyyatın ab-havasını taborun qazi komutanı Elçin Allahverdiyevin dilindən də eşidə bilərik.

 

Qeyd edək ki, “Qaraxanbəyli döyüşü” sənədli filminin təqdimatı 12 sentyabr tarixində saat 11:00-da keçiriləcək, daha sonra isə “Youtube” platforması üzərindən yayımlanacaq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq