Təhlükəli epidemiya barədə XƏBƏRDARLIQ

13:57 07-09-2023 | icon 280 | Sağlamlıq
Təhlükəli epidemiya barədə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Banqladeşdə denge qızdırması epidemiyasının indiyə kimi müşahidə edilənlər arasında ən ciddisi olduğunu bəyan edib.

 

Verilən məlumata görə, ÜST-də ölkə üzrə 135 mindən çox yoluxma halı qeyd olunur, onlardan 650-si ölümlə nəticələnib. Epidemik vəziyyət nəticəsində ölkənin səhiyyə sistemini həddindən artıq yüklənir, çünki paytaxtda xəstələnmə hallarının azalmasına baxmayaraq, respublikanın müxtəlif yerlərində daha çox xəstəliyə yoluxma halları qeyd olunur. Hazırda təşkilatın mütəxəssisləri epidemioloji nəzarəti gücləndirmək, tibb mərkəzlərinin işinin səmərəliliyini artırmaq və yerli hökumətlərlə qarşılıqlı əlaqə yaratmaq üçün artıq Banqladeşin müxtəlif bölgələrinə ezam olunublar. Alimlər təkcə Banqladeşdə deyil, həm də Afrikanın Saрara səhrasından cənubunda Afrika ölkələrində və Cənubi Amerikada denge xəstəliyinin yayılmasını ümumi iqlim istiləşməsi ilə əlaqələndirirlər.

 

Tropik və subtropik iqlimi olan ölkələrdə denge qızdırması daha tez-tez rast gəlinir. Virusun daşıyıcıları dişi ağcaqanadlardır. ÜST qeyd edir ki, son illərdə denge xəstəliyi bütün regionlarda sürətlə yayılan infeksiyaya çevrilib. Hər il yoluxma halları sayının 100-400 milyon nəfər olduğu qeyd olunur. ÜST-nin məlumatına görə,  80%-dən çox hallarda virus adətən özünü yüngül və ya simptomsuz şəkildə büruzə verir, lakin o, potensial ölümcül ağırlaşmaya çevrilə bilən kəskin tənəffüs xəstəliyinə səbəb ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da