Elnarə Xəlilova ilə İlhamə Qasımovadan gənc müğənniyə jest

07:38 11-09-2023 | icon 641 | Şou-biznes
Elnarə Xəlilova ilə İlhamə Qasımovadan gənc müğənniyə jest

Tanınmış müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi “El Yaradıcılıq Mərkəzi” növbəti layihəsini təqdim edib.

 
Versus.Az xəbər verir ki, mərkəzin tələbəsi Firuzə Məmmədova tanınmış müğənni İlhamə Qasımova ilə bir araya gələrək illər öncə hitə çevrilmiş “Taleyim, gəl” mahnısını ifa edib. Duetə müğənni Elnarə Xəlilovanın ideyası əsasında ekran həyatı verilib.
 

Qeyd edək ki, bu müğənni Elnarə Xəlilovanın yaradıcılıq mərkəzinin tələbəsi üçün çəkdiyi ilk klip deyil. Sənətçi bundan öncə də bir neçə tələbəsinə klip ekranlaşdırıb. Həmin kliplər sosial şəbəkələrdə paylaşılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Moderator.az-a açıqlama verən sevilən müğənni “Bu kimi layihələri ərsəyə gətirməkdə əsas məqsəd müasir estradanın, incəsənətin və mədəniyyətin əslində necə olmalı olduğunu gənclərə göstərə bilməkdir” deyə bildirib.

 
Müasir estradanı gənclərə sevdirən müğənniyə biz də yaradıcılıq fəaliyyətində uğurlar və yeni işlər arzu edirik.

 
Sözügedən klipi təqdim edirik:


 
 
Ayəndə Dadaşova
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq