Pirşağı-Novxanı-Xırdalan yolunun PROBLEMİ

08:26 13-09-2023 | icon 335 | Sosial
Pirşağı-Novxanı-Xırdalan yolunun PROBLEMİ

Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi uzun fasilədən sonra yenidən başlayıb.

 

Nə qədər qəribə səslənsə də, bu, ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

 

Onlar iddia ediblər ki, tikinti prosesi çox ləng gedir. Ərazi qışda palçıq, yayda isə toz olur. Ona görə də sakinlər yoldakı problemin tezliklə yoluna qoyulmasını istəyirlər.

 

Yolun hər iki tərəfində yaşayan sakinlər başqa alternativ yollarının olmadığını deyirlər.

 

Sakinlərin iddasına görə, yolun tikintisinə 2015-ci ildən başlanıb, işlər sonradan yarımçıq qalıb.

 

Onlar yeni salınmaqda olan yoldakı üstüaçıq quyulardan da narahatdırlar. Çünki, təxminən 2-3 metr dərinliyi olan bu quyuları qaranlıqda görmək mümkün deyil.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən bildirilib ki, Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi uzun fasilədən sonra yenidən başlayıb:

 

“Tikilən yolun əhəmiyyətini nəzərə alaraq, sözügedən avtomobil yolunun layihələndirilməsi və tikintisi hissə-hissə aparılır. Açıq hava şəraitində tikinti aparıldığı üçün meteoroloji amillər nəzərə alınaraq bəzi günlərdə, bugünkü kimi iş müvəqqəti dayandırıla bilər. Yolun tikintisinin hələ bir neçə il davam edəcəyi nəzərdə tutulub”.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR