40-dan çox insan sümüyü

08:42 13-09-2023 | icon 186 | Maraqlı
40-dan çox insan sümüyü

Rusiyanın Sankt-Peterburq şəhərinin “Dubki parkı”nda abadlıq işləri zamanı 40-dan çox insan sümüyü aşkar edilib. Materiallar ekspertizaya göndərilib.

 

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb:

 

“Şəhərin kurort rayonundakı “Dubki parkı” ərazisində aparılan abadlıq işləri zamanı 40-dan çox insan sümüyü aşkar edilib. Bu fakt əsasında Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsinin Kurort rayonlararası istintaq şöbəsi tərəfindən təhqiqatqabağı yoxlama təşkil edilib və aparılır”.

 

Mətbuat xidmətindən onu da əlavə ediblər ki, müstəntiqlər məhkəmə-tibb ekspertizasının mütəxəssisinin iştirakı ilə hadisə yerinə və aşkar edilmiş insan sümüklərinə baxış keçirib. Təxmini dəfn vaxtı 20-ci əsrin əvvəlləridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq