Hərbçilərimiz “Barak 8-ER” zenit-raket komplekslərini döyüşə hazır vəziyyətə gətirdilər

11:09 13-09-2023 | icon 240 | Müharibə
Hərbçilərimiz “Barak 8-ER” zenit-raket komplekslərini döyüşə hazır vəziyyətə gətirdilər

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

 

Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” (“Barak 8-ER”) ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

 

Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının artırılmasına, heyətlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ