İki təhsil müəssisəsindən ŞİKAYƏT

19:21 13-09-2023 | icon 228 | Təhsil
İki təhsil müəssisəsindən ŞİKAYƏT

Bakıdakı Məktəb-Lisey Kompleksinin və 267 nömrəli tam orta məktəbin direktorlarından şikayət var.

 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Valideynlər iddia ediblər ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva pul qarşılığında dərs növbələrini dəyişir:

 

 

“Üçüncü sinif rus bölmələrini ikinci növbəyə atır. Səbəb isə Azərbaycan növbəsində olan şagirdlərin əlavə məşğələlərə getməsinə pul qarşılığında şərait yaratmaqdır”.

 

Eyni zamanda, iddia edilib ki, 267 nömrəli tam orta məktəbin direktoru Rəna Ağazadə uşaqların siniflərini dəyişdirib və təmir üçün valideynlərdən pul tələb edir.

 

 

Hər iki məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

 

İdarədən bildirilib ki, məktəblərin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir:

 

“Yeni tədris ilində Məktəb-Lisey Kompleksində bütün III siniflər üçün tədris prosesi II növbədə həyata keçiriləcək”.

 

BŞTİ-dən əlavə edilib ki, 267 nömrəli tam orta məktəblə bağlı qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

 

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq