Alimlərdən XƏBƏRDARLIQ

08:06 14-09-2023 | icon 148 | Cəmiyyət
Alimlərdən XƏBƏRDARLIQ

“Bütün dünyada içməli suyun keyfiyyəti pisləşib”

 

Ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti pisləşib.

 

Niderlandın Utrext Universitetinin ekoloqları müxtəlif regionlarda minə yaxın çayda baş verən dəyişikliklərin təhlilindən sonra bu qənaətə gəliblər.

 

Araşdırmaların nəticələri “Nature Reviews Earth & Environment” jurnalında dərc olunub.

 

Mütəxəssislər qeyd ediblər ki, vəziyyətin pisləşməsi son onilliklərdə isti dalğaları, quraqlıq, leysan yağışlar və digər hadisələrlə bağlıdır.

 

Belə ki, əksər çaylar qlobal istiləşmə ilə bağlı hava anomaliyaları səbəbindən dəyişib - 68 faiz hallarda istilik dalğaları, quraqlıq suda oksigen konsentrasiyasının azalması və duzluluğun artması ilə nəticələnib.

 

Daşqın və yağışlardan sonra 51 faiz hallarda plastik hissəciklərin sayının artmasını, həmçinin pestisidlərin, nitratların, digər gübrə komponentlərinin konsentrasiyasının artması görünüb.

 

Elm adamlarının fikrincə, bu tədqiqat insanların təmiz suya çıxışını təmin etmək üçün strategiyaların işlənib hazırlanmasında kömək olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq