İt kimi hürür, tülkü kimi görünür

15:14 14-09-2023 | icon 290 | Maraqlı
İt kimi hürür, tülkü kimi görünür

Öz növündə dünyada yeganə olan unikal heyvan

 

Braziliyada pampa tülküsü və ev itinin hibridi olan qeyri-adi heyvan aşkar edilib.

 

Mütəxəssislər vəhşi təbiətdə belə bir nümunə ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. Unikal heyvana “dogxim” adı verilib.

 

Qəribə heyvan 2021-ci ildə avtomobil tərəfindən vurulduqdan sonra müəyyən edilib. Baytarlar uzun müddət qarşılarında nə olduğunu başa düşə bilməyiblər: onda tülkü və itlərə xas olan xüsusiyyətlər olub. Məsələn, heyvan it kimi hürüb, ancaq kürkü və ağız quruluşu tülkünü xatırladıb.

 

Test nəticələri yalnız bu yaxınlarda gəlib və bundan sonra heyvanın unikallığı aydın olub.

 

Qeyd edilir ki, insanlardan qorxmasına baxmayaraq, heyvan mehribandır və özünü sığallamağa icazə verir. Mütəxəssislər hesab edirlər ki, vəhşi təbiətdə daha bir neçə belə fərd ola bilər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq