Qarabağ Xronikası

08:27 15-09-2023 | icon 230 | Müharibə
Qarabağ Xronikası

Ermənistanın Qarabağda yeni müharibəyə hazırlığı

 

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 122-ci buraxılışı efirə gedib.

 

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qarabağda gedən son proseslərdən bəhs edib.

 

O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarına məxsus hərbi obyektlərin sayında yenə artım aşkarlanıb:

 

“Əvvəlki buraxılışlarımızın birində avqust ayında erməni separatçılarına məxsus hərbi obyektlərin sayının 671-ə çatdığını qeyd etmişdik. Baş verən təxribatların fonunda biz bir daha araşdırma apardıq. Beləliklə, qeyri-qanuni silahlı dəstələrin hərbi obyektlərinin sayında yenə də artım var. Onların sayı 737-yə çatdırılıb”.

 

Qeyd edilib ki, 737 sayı yalnız gözlə görülə bilən hərbi obyektlərə aiddir.

 

“Gücləndirmə işləri əsasən Ağdərə və Xocavənd istiqamətlərində həyata keçirilib. Belə ki, Ağdərə istiqamətində Göyarx-Seysulan xətti üzərindəki üç müdafiə zolağında gücləndirmə işləri aparılıb. Bundan əlavə, iki yeni müdafiə zolağı Lüləsaz-Ağdərə şəhəri xətti üzərində, daha bir zolaq bilavasitə şəhərin girəcəyində və bu istiqamətdə sonuncu zolaq Meqrelalay-Aşağı Oratağ xətti üzərində salınıb. Beləliklə, təkcə Ağdərə istiqamətində yeddi zolağın olduğunu təsdiqləyə bilərik”, - deyə F.İsazadə bildirib.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?