Səhrada göllər və çaylar peyda oldu

08:41 15-09-2023 | icon 225 | Maraqlı
Səhrada göllər və çaylar peyda oldu

Liviyada “Daniel” qasırğasının nəticələri kosmosdan görüntüləndi

 

Aralıq dənizi qasırğası - “Daniel” Liviyada daşqınlar səbəbindən genişmiqyaslı dağıntılara və minlərlə insanın ölümünə səbəb olub. Yer kürəsini müşahidə edən “Sentinel-2” peyki təbii fəlakətin miqyasını qeydə alıb.

 

Kadrlardan aydın olur ki, səhrada göllər və çay sistemləri yaranıb.

 

 

“Daniel” qasırğasının nəticələrinin görüntüləri, həmçinin ABŞ Milli Okean və Atmosfer Administrasiyasının peykləri tərəfindən çəkilib. Gecə çəkilən bu görüntülər qasırğanın gəlişindən sonra elektrik enerjisinin kəsilməsinin miqyasını göstərir. Bir çox ərazilərin işıqsız qaldığını görmək olar.

 

 

Amerikanın “Planet Labs” şirkətinin peykləri Derna şəhərində qasırğadan sonrakı dağıntıların ətraflı görüntülərini çəkib.

 

 

Elm adamları, həmçinin “Sentinel-3” və “Meteosat 11” peykləri tərəfindən çəkilmiş görüntüləri əldə ediblər. Kadrlarda “Daniel” qasırğasının Sahara səhrası üzərində tüğyan etməsi əks olunub.

 

 

Son məlumatlara görə, Liviyada fəlakət qurbanlarının sayı səkkiz mini keçib. Bundan başqa 20 minə yaxın adamın itkin düşdüyü bildirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq