Azərbaycan Premyer Liqasında yeni rekord

14:00 18-09-2023 | icon 303 | İdman
Azərbaycan Premyer Liqasında yeni rekord

Azərbaycan Premyer Liqasının VI turu iki rekordla əlamətdar olub.

 

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 min 950 tamaşaçı qeydə alınıb.

 

Bu, mövsümün arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib.

 

Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” - “Sabah” oyununu 4500, “Turan Tovuz” - “Qəbələ” matçını 4000 izləyici seyr edib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” - “Sumqayıt” (500), “Kəpəz” - “Səbail” (1500) və “Araz-Naxçıvan” - “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2450 tamaşaçı qeydə alınıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” - “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” - “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionundakı qarşılaşmasında 4300 seyrçi olub.

 

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42 min 381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ