Romantik üslubda TƏDBİR

16:37 18-09-2023 | icon 651 | Şou-biznes
Romantik üslubda TƏDBİR

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında amerikalı yazıçı Anna Toddun kitabı əsasında “Bundan sonra. Hər zaman” filminin son hissəsinin premyeradan öncə nümayişi keçirilib. Çoxdan gözlənilən melodram janrında film, dünyada milyonlarla pərəstişkarı olan, kommersiya baxımından ən uğurlu müstəqil kinofranşizalardan biridir.

 

Tessa ilə mübahisədən qurtulmaq və keçmişinin səhvlərini düzəltmək üçün Hardin Atlantik sahillərində günəşli Lissabona yollanır. Tamaşaçıları Portuqaliyaya romantik səyahət gözləyir.

 

Son film, nəhayət, bütün pərəstişkarların uzun zamandır izlədiyi Tessa və Hardinin sevgi hekayəsini yekunlaşdıracaq. Görəsən, bu nağılın sonu necə olacaq?

 

 

Əvvəlki hissələrin ən yaxşı ənənələrində film vizual olaraq parlaq və qəşəng görünür və Portuqaliya mənzərələri şəkilə miqyas və təravət əlavə edir. Franşıza heç vaxt bu qədər gözəl görünməmişdi!

 

Filmin rejissoru Kastill Lendondur. Baş rollarda Cozefina Lenqford, Hiro Fayns-Tiffin, Luiza Lombar, Stiven Moye, Cessika Vebber, Kora Kirk və başqaları çəkilib.

 

“Party Time” dekor şirkətinin dizaynı və işıqlandırılması, “A1” rəqs qrupunun parlaq şousu “CinemaPlus”da keçirilən gecəyə romantik ab-hava qatıb.

 

Həmçinin tədbirin təşkilində “VOЛЬGА” kino şirkəti, Cinema Distribution, Brand Media Groups, foto və video “Light in Black” kreativ şirkəti, MADO restoranı, “Чёткая” Organic vodka və Red Bull dəstək göstəriblər.

 

Tədbir filmin nümayişi ilə başa çatıb. 

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Ayəndə Dadaşova
versus.az

 

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq