İrəvanda TOQQUŞMALAR
İrəvanda Ermənistan hökumət binası yaxınlığında baş verən toqquşmalarda 16-sı polis olmaqla azı 34 nəfər yaralanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hökumət binası yaxınlığında baş verən qarşıdurma nəticəsində, ilkin məlumatlara görə, 16-sı polis, 18-i mülki şəxs olmaqla 34 nəfər xəsarət alıb. Onlardan 17-nə lazımi tibbi yardım göstərilib və evə buraxılıb”,- məlumatda bildirilib.
İrəvan Ağsaqqallar Şurasına seçilən “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan isə Respublika meydanında qurulan çadırlarda gecə-gündüz etiraz aksiyası keçirməyi planlaşdırır. Onun və etirazçıların əsas tələbi Nikol Paşinyanın istefasıdır.
“Bu meydan mənim mənzilimə çevrilir. Paşinyanın istefasına nail olana qədər mən buradan getməyəcəyəm. Çadırlar qurub burada qalacağıq”, - Tevanyan bildirib. /TASS/
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir