Parlamentdə YENİLİK

13:19 22-09-2023 | icon 358 | Siyasət
Parlamentdə YENİLİK

Deputatlar kağız və “WhatsApp”dan imtina edir

 

Bir müddət əvvəl deputatlar üçün mobil tətbiq layihəsi hazırlanıb. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsi artıq komitə iclasında təqdim olunub.

 

Bildirilib ki, mobil tətbiq parlamentdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanıb. Artıq Milli Məclisin iclaslarının gündəlikləri, məktub və digər sənədlər mobil qurğu vasitəsilə ötürüləcək. Bu, mobil texnologiyaya keçid, informasiya əlçatanlığının təmini, kağız daşıyıcılardan istifadənin azaldılması, biznes prosesinin təkmilləşdirilməsi kimi məsələlərə xidmət edir. Mobil tətbiqin İOS və Android əməliyyat sistemləri üçün proqram təminatı yaradılıb.

 

Milli Məclisin deputatı Siyavuş Novruzov yeni tətbiq ilə bağlı danışıb.

 

O, əvvəllər kommunikasiya üçün kağız və “WhatsApp” qruplarından istifadə edildiyini bildirib:

 

“Pandemiyaya qədər Milli Məclisdə qanun layihələri, iclasların gündəlikləri və s. sənədlər yazılı sürətdə kağızla çatdırılırdı. Amma daha sonra rəqəmsal metoda keçirilmişdi. İndi isə yeni tətbiq hazırlanıb. Bundan sonra tətbiq vasitəsi ilə istər komitə sədrləri, deputatlar iclaslarla bağlı məlumat və sənədləri daha sürətli və güvənli şəkildə əldə edə biləcək. Eyni zamanda təşkil olunan komitə iclaslarında iştirak istəyi bununla daha rahat şəkildə olacaq. Deyə bilərik ki, bununla da kağızın istifadəsi tamamilə dayandırılacaq. Bundan əlavə parlamentdə hər bir komitənin, deputatların və s. ayrı-ayrı “WhatsApp” qrupları var. Bununla da əvvəlcə məlumatlar göndərilirdi. İndi isə daha təhlükəsiz olacaq. Yeni tətbiq komitələrdə də izah olunur, istifadə üçün hazırlanır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI