Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT

16:10 22-09-2023 | icon 270 | Cəmiyyət
Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT

Noyabrın 1-də Ali Məhkəmənin Elmi-Məsləhət Şurasının növbəti iclası keçiriləcək.

 

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

 

İclasda “Cinayət mühakimə icraatında sahələrarası preyudisiya, mülki işlər üzrə icraatda çıxarılmış məhkəmə aktlarının, habelə inzibati məhkəmələrin vergi hüquqpozmalarına dair qanuni qüvvəyə minmiş qərarlarının cinayət prosesində preyudisial əhəmiyyəti, eyni bir vergi hüquqpozması ilə bağlı paralel inzibati araşdırmanın və cinayət təqibinin aparılması problemi” mövzuları üzrə müzakirələrin təşkili planlaşdırılıb.

 

Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-Məsləhət Şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

 

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 18 oktyabr tarixədək [email protected] elektron ünvanına müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur.

 

Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurası fəaliyyət göstərir. Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ