"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

10:33 23-09-2023 | icon 325 | Siyasət
"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

Natiq Miri: “ABŞ Cənubi Qafqazda hərbi, siyasi, iqtisadi ekspansiya siyasətini yürütməyə başlayıb”

 

“ABŞ-ın vasitəçilik təşəbbüslərindən imtina edilməlidir. Əslində bu, Azərbaycanın diplomatik gedişlərində müşahidə olunur”. 

 

Bunu Versus.az-a politoloq Natiq Miri Azərbaycanın suverenliyinə qərəzli yanaşan rəsmi Vaşinqtonun region və Azərbaycanla bağlı siyasətinə münasibətdə bildirib.

 

N.Miri qeyd edib ki, Baş Assambleyanın Nyu-Yorkda, BMT çərçivəsində keçirilən toplantısı  ərəfəsində Azərbaycanla Ermənistan  xarici işlər nazirlərinin görüşü planlaşdırılırdı. Hətta Ermənistan mediası bi görüşün baş tutacağı ilə bağlı informasiya da vermişdi.  Ancaq Azərbaycan XİN-in sözçüsü bunu təkzib etdi:

 

“Belə bir görüşə ehtiyac yoxdur. Çünki bu, əvvəlcədən cavabı bəlli olan bir sualdır. Tərəf tutan ABŞ bu şörüşü təşkil edərsə, ordan çıxan nəticə bəllidir. Ən azından ortada Fransa praktikası var. Ona görə də Azərbaycan sadəcə görüntü yaratmaq xatirinə belə bir görüşün baş tutmasını təmin etməli deyil”.

 

N.Miri bununla yanaşı qardaş Türkiyənin Prezienti Rəcəb Tayyib Ərdoğanın  regional səviyyədə Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın iştirakı ilə dördlü görüş təklifini önə çəkib. Bildirib ki, əgər problem regionla bağlıdırsa, o zaman ABŞ-ın 10 min kilometrlərlə uzaq məsafədən gəlib Qafqazda prosesdə iştirakına başqa ad qoymaq olmaz:

 

“Azərbaycan ABŞ-ın vasitəçiliyinə ona görə inkan vermişdi ki, məsələyə beynəlxalq  hüquq çərçivəsində qərəzsiz, ədalətli yanaşma ortaya qoyulsun. ABŞ müəyyən bir yerə qədər qərəzsiz yanaşmalar ortaya qoyandan sonra öz niyyətlərini göstərməyə başladı. Bu faktın özü göstərir ki,  artıq ABŞ Cənubi Qafqazda hərbi, siyasi, iqtisadi ekspansiya siyasətini yürütməyə başlayıb. Əks halda Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”.

 

Politoloq bildirib ki, ABŞ Ermənistanla əməkdaşlıq etməkdən ötrü Azərbaycanın bütün ədalətli maraqlarını gözardına alıb:

 

“Bu, ədalətli davranış deyil. Ona görə də Azərbaycan problemi regional səviyyədə həll etməyə üstünlük verməlidir. Ona görə də Ərdoğanın təklifi ABŞ-ı, Avropa Birliyini oyundan kənar qoymaq xarakteri daşıyır. Və biz buna getməliyik”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Yeni ixtisaslarla bağlı MEYARLAR

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ