Qərbi Azərbaycana qayıdışla bağlı dinləmələr keçiriləcək

11:05 23-09-2023 | icon 275 | Siyasət
Qərbi Azərbaycana qayıdışla bağlı dinləmələr keçiriləcək

Sentyabrın 25-də Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin məlumatında bildirilib.

 

Verilən məlumata görə, tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımından qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI