“Bu milli dövlətin quruculuğu sentyabrın 15-dən sonra başlayıb”

11:40 15-09-2023 | icon 1523 | Tarix
“Bu milli dövlətin quruculuğu sentyabrın 15-dən sonra başlayıb”

 

 

 

“Bakınıın 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca strateji əhəmiyyətə malikdir. 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir. Məhz bu səbəbdən 2018-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etdi. Həmin gün “Bir millət, iki dövlət” kəlamının əksi, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmazlığı, əbədiliyi bir daha sübuta yetirildi”

 

 

Bunu Versus.az-a Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli 15 sentyabr tarixinə nəzər salarkən bildirib.

 

 

F.İbrahibli tarixi faktlar əsasında qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilsə də, bu milli dövlətin quruculuğu sentyabrın 15-dən sonra başlayıb. Çünki Cumhuriyyətin elanı zamanı bir tərəfdən ingilis işğalçı qüvvələri, bir tərəfdən erməni-daşnak quldur birləşmələri, digər tərəfdən isə rus işğalçı gücləri Azərbaycanı işğal altında saxlamaqla onu müstəqil dövlət qurmaq imkanlaından məhrum etmək istəyir, ərazisini isə bölüb parçalamaq niyyəti güdürdülər.

 

“Bakının işğal altında qalması faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı mərhələdə mövcudluğunu sual altında qoya, onun beynəlxalq miqyasda tanınması ilə bağlı ciddi problemlər yarada bilərdi.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun  o zaman göstərdiyi hərbi və mənəvi yardım sayəsində Azərbaycan xalqının müsəlman Şərqində meydana gətirdiyi ilk demokratik respublikasını qoruyub saxlamaq, bütün Azərbaycan ərazisində onun hakimiyyətini bərqərar etmək, Bakını azad edib hökuməti Gəncədən Bakıya köçürmək mümkün oldu. Bu, həm yüksək cəsarət və qəhrəmanlıq, həm də əsl qardaşlıq və fədakarlıq nümunəsi idi”.

 

F.İbrahimli bildirib ki, Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən sayılan bu xilaskarlıq hərəkatının təcrübəsi və aşıladığı ruh milli ordumuzun qələbə əzminin daha da yüksəlməsində, Azərbaycan əsgərinin vətənin bütövlüyü üçün hər cür fədakarlığa hazır olmasında ən bariz şəkildə özünü göstərdi.

 

“2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qalxan ordumuz 44 gündən sonra erməni faşizminə sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi və dəmir yumruğu, ordumuzun rəşadətli qəhrəmanlığı xalqımızı zəfərə yetirdi. Bu tarixi məqamda qardaş Türkiyə yenə yanımızda idi. Türkiyə Cümhuriyyəti dövlətinin qətiyyətli siyasi-mənəvi dəstəyi həm gücümüzə güc qatdı, həm də erməni havadarlarını bölgədəki proseslərə müdaxilə etməkdən çəkindirdi. Azərbaycan-Türkiyə qardaşlığı tarixin daha bir imtahanından üzüağ, alnıaçıq çıxdı. Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 il əvvəl Bakının azad olunması ilə bağlı birgə fəaliyyəti 102 il sonra Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Qarabağ və ətraf rayonların düşmənlərdən təmizlənməsi ilə davam etdi. İki ölkə arasında əməkdaşlıq və qardaşlıq münasibəti 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nın imzalanması ilə yekunlaşdı. 30 illik işğala son qoyan əzm və iradə bundan sonra da müştərək Türkiyə və Azərbaycan gücü kimi özünün diktə mahiyyəti ilə davamlı olacaq, habelə getdikcə daha çox rasi¬onallıq qazanacaqdır. Əlbəttə, başlıca məsələ ortaq Turan xətti və Zəngəzur dəhlizi ilə ümumən Türk dünyasının bir-birinə qovuşması məfkurəsinin reallığa çevrilməsidir.  Əsas məqam xəyalların gerçəkləşməsidir. O xəyallar ki, Türk dünyasının böyük mütəfəkkirlərinin, ideya adamlarının baxışlarından süzülüb bu günümüzədək gəlib çıxmaqda, mənəvi-siyasi məzmun qazanaraq müasirləşməkdədir. Əminik ki, hazırda ulu öndərlər – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ruhları şaddır. Çünki onların arzu və istəkləri gerçəkləşir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR