“Azərbaycanın güc strukturları yetərli qədər peşəkardır”

14:00 29-09-2023 | icon 1326 | Müharibə
“Azərbaycanın güc strukturları yetərli qədər peşəkardır”

Şair Ramaldanov: “Ermənistan kimi bədnam qonşusu olan Azərbaycanın oprdusu daim güclənməlidir”

 

“Artıq 30 il Azərbaycan ərazilərində özünə ordu yaradan separatçı rejimin özünü buraxması, silahlarını təhvil verməsi ilə müşahidə olunan tarix yaşayırıq. Oktyabrın 1-nə qədər separatçıların bütün qondarma qurumları ləğv olunub Azərbaycanın müvafiq dövlət orqanlarının tərkibinə keçəcək. Paralel olaraq reinteqrasiya prosesi sürətləndiriləcək. Bununla da Ermənistanın Azərbaycan daxilində vilayət, muxtariyyat və xüsusi statuslu fəaliyyəti olmayacaq”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov separatcıların könullu təslim prosesinin regionda hansı durumu yarada biləcəyi, hərbi təxribatların tamamilə qarşısının alınması ehtimalının nə dərəcədə olması ilə bağlı bildirib.

 

Ş.Ramaldanov deyib ki, Azərbaycan dövlət başçısının apardığı siyasət və digər qərarları nəticəsində qarşıda qoyulan bütün hədəflərimizə nail olacağıq. Onun sözlərinə görə, hədəflərdən biri Qarabağda olan separatçı rejimin ləğv edilməsi və silahlıların tərksilah edilməsi idi ki, artıq reallaşır.

 

Ekspert bildirib ki, erməni separatçılarının təslim olması, heç də bu gün regionda terror, müharibə təhlüksinin tam olaraq olmayacağı anlamına gəlmir. O, separatçı rejimin qərarı ilə razı olmayan muzdlu quldurların, Azərbaycan əhalisinə zülm edib, soyqırım törətməklə əli qana bulaşanların silahını xoşluqla yerə qoymayacağını istisna etməyib.

 

Ekspert hesab edir ki, Azərbaycanın güc strukturları yetərli qədər peşəkardır və təhlükəszilik tədbirləri ilə bunları tərksilah edəcəkdir:

 

“Biz Ermənistan kimi bədnam bir dövlətlə qonşuluqdayıq. Daim xarici güclərin təsiri altına olan, müstəqil qərarı olmayan bir ölkədən nə desən gözləmək olar. Hazırda Ermənistanda revanşist fikirli müxalif qruplar fəaliyyət göstəirlər. Onları xaricdən dəstəkləyən havadarları var. Ona görə də regionda tam sakitlik olacağı hələ ki, sual altındadır. Azərbaycanın siyasəti istər xaricdə, istər daxildə sülhə köklənib. Bizim inkişaf yolumuz sülhdən keçir. O cümlədən Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, Azərbaycan cəmiyyətinin Ermənistandan öz tarixi torpaqlarından, qovulan böyük kəsimin öz yurduna qayıtması məqsədlərini qarşıya qoyub. Buna doğru gedilir”

 

Ekspert bəyan edib ki, hazırki yeni reallıqda, geosiyasi proseslərdə məqsədlərə çatmaq üçün güclü, hazırlıqlı olmalısan:

 

“Ermənistan kimi bədnam qonşusu olan Azərbaycan oprdusu daim güclənməlidir ki, regionda sülhü qoruya bilsin, regionda müharibə və digər proseslərin qarşısını alsın. Ermənistan kimi qonşusu olan bir dövlət bu prinsipi unutmamalıdır: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI