Qadının beynində iynə tapılıb

08:59 05-10-2023 | icon 366 | Maraqlı
Qadının beynində iynə tapılıb

Rusiyanın Saxalin vilayətində 80 yaşlı qadının beynində üç santimetrlik iynə tapılıb.

 

Bu barədə Rusiyanın Saxalin vilayəti üzrə Səhiyyə Nazirliyi xəbər verib.

 

Təqaüdçünün beynində yad cisim kompüter tomoqrafiyası zamanı aşkar edilib. Məlum olub ki, qadın doğulduğu vaxtdan bu iynə ilə yaşayıb və heç vaxt başağrısından əziyyət çəkməyib.

 

Ehtimal olunur ki, iynəni qadının beyninə doğuşdan sonra öz valideynləri batırıblar. Bununla onlar müharibənin çətin vaxtlarında uşaqdan canlarını qurtarmağa çalışıblar, lakin bu, gözlənilən nəticəyə gətirib çıxarmayıb.

 

“Aclıq illərində belə hallar nadir deyildi: körpənin əmgək nahiyəsinə beyni zədələyən nazik iynə batırırdılar. Əmgək tez bağlanırdı və nəticədə cinayətin izləri silinirdi”, - deyə regional Səhiyyə Nazirliyində izah ediblər.

 

İndi təqaüdçünün səhhəti üçün heç bir təhlükə yoxdur. Həkimlər iynəni çıxarmaq üçün əməliyyat keçirməmək qərarına gəliblər, çünki bu, qadının vəziyyətini pisləşdirə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR