“Firma dərmanları” dövrü BİTİR

18:23 09-10-2023 | icon 406 | Sağlamlıq
“Firma dərmanları” dövrü BİTİR

Yeni sistem necə işləyəcək?

 

“Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub.

 

Bəs elektron reseptə keçid dərmanların keyfiyyətinə necə təsir göstərəcək?

 

Məsələ ilə bağlı “Trend”in suallarını cavablayan farmakoloq Aydın Əliyev bildirib ki, elektron resept səhiyyə sisteminə müsbət təsir edəcək.

 

“Elektron reseptdə həkim dərman yazanda onun adını yox, tərkibini göstərməlidir. Elə dərman var ki, onun müxtəlif ticarət adları var. Onların tərkibindəki maddələri dəyişirlər, keyfiyyəti azaldırlar. Lakin elektron reseptə keçdikdə artıq dərmanın tərkibi yazılacaq. Bununla həm dərmanın keyfiyyəti, tərkibi göstərilir, həm də xəstəyə hansı məqsədlə yazıldığı bilinir. Daha əsas lazım olan dərmanın əvəzedicisi, fərqli dərmanlar yazılmayacaq.

 

Həkimlərin resept yazarkən pasiyenti müəyyən firmalardan gələn dərmana yönəltməsi məsələləri qabardırıldı. Amma elektron sistemə keçid bunun qarşısını alacaq”, - deyə farmakoloq deyib.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır. Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR