Kardiologiya İnstitutundan ŞİKAYƏT

16:17 10-10-2023 | icon 452 | Sağlamlıq
Kardiologiya İnstitutundan ŞİKAYƏT

“Burada vətəndaşlara etinasız yanaşırlar”

 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinə və müalicə xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşıladığından həkimlər vətəndaşlara qarşı etinasız və diqqətsiz yanaşırlar.



Məsələ ilə bağlı şikayət edən vətəndaş “xərcimizi dövlət qarşıladığı üçün həkimlər üzümüzə də baxmaq istəmirlər”, - deyə narazılıqlarını dilə gətirib. 

 

Bundan başqa, xəstə qan analizi vermək istəsələr də, onlar vaxtın bitməsini bəhanə gətirərək, pasiyenti geri qaytarıblar.


Eyni zamanda, xəstəxana otaqlarının qapısında gözləyən vətəndaşlara nəzarət olmadığına görə, onlar bir-birlərinin növbəsinə girib həkimlərin qəbuluna düşürlər. 

Məsələ ilə bağlı Elmi-Tədqiqat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nailə Mustafayeva  açıqlamasında daxil olan şikayətlə bağlı münasibətini bildirib:

“Şikayətin araşdırılması nəticəsində məlum olub ki, vətəndaş şənbə günü saat 12:00-da analiz vermək istəyib. Lakin həkim bildirib ki, cavablar dəqiq olmadığı üçün bu saatda hormon və bir sıra digər analizlərin verilməsi uyğunsuzdur. Vətəndaş digər bütün müayinələrdən rahat şəkildə keçib. Uzun müddət ərzində institutun fəaliyyətindən hər hansı bir şikayət daxil olmur ki, bu da burada çalışan peşəkar kollektivin uğurudur. Yeganə çətinlik böyük növbələrin olmasıdır və bu da instituta çoxsaylı vətəndaşların müraciət etməsi ilə bağlıdır. Hazırda qeyd olunan problemin aradan qaldırılması ilə bağlı işlər aparılır”. /Bizim.media/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR