Cana can qatmaq, yoxsa “can bazarı”?

14:46 11-10-2023 | icon 502 | Sağlamlıq
Cana can qatmaq, yoxsa “can bazarı”?

Orqan satışı ilə bağlı elanlar artır

 

“Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyən insanlarla bağlı və buna dair səhifələrə rast gəlinir”.

 

Məsələ ilə bağlı açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib ki, bəzi orqan satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məsələlərin gündəmə gəlməsi xoşagəlməzdir:

 

“İnsanlar arasında bu haldan sui-istifadə edərək orqan alverinə cəhd xoşagəlməz haldır. Bu həm hüquqi, həm də tibbi tərəfdən birmənalı olaraq yolverilməzdir. Azərbaycan qanunvericiliyində bunu əngəlləyən hüquqi- normativ sənədlər var. Biz əminik ki, Səhiyyə Nazirliyinin tərkibində yaradılmış Koordinasiya mərkəzinin və hər bir xəstəxanada bu işlə məşğul olan ekspertlərin və xəstəxanaların özlərinin deontolojik, etik, hüquq kriteriyalarına uyğun olaraq bunun real nəticələri ilə rastlaşmamışıq”.

 

R.Mahmudov vurğulayıb ki, bu, birmənalı olaraq ölkəmizdə aparılan səhiyyə islahatlarına zərər verən bir hadisədir. /trend/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR