Ölkəmizdə ilk dəfə “Təhsil Menecmenti Zirvəsi” keçiriləcək!

16:51 11-10-2023 | icon 504 | Təhsil
Ölkəmizdə ilk dəfə “Təhsil Menecmenti Zirvəsi” keçiriləcək!

Təhsil Menecmenti Zirvəsi 23 noyabr 2023-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Roof Academic Training” və “Facemark” şirkətlərinin birgə təşkilatçılığı ilə keçiriləcək.

 

Tədbirin keçirilməsində məqsəd təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi , yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

 

Zirvə bütöv bir günü əhatə etməklə 3 fərqli panel və 15-dək spiker və moderatorun iştirakı ilə “Gələcək İndi” şüarı altında öz sahəsinin 300-dən çox rəhbər və qərarverici şəxslərinin iştirakı ilə keçiriləcəkdir. Təhsil Menecmenti Zirvəsində özəl və dövlət təhsil müəssisələrinin rəhbərləri, icraçı direktorları, akademik rəhbərlər, müxtəlif dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə təhsil sahəsindəki son trendlərin, tətbiq olunan yeniliklərin, müasir innovasiyalar və qabaqcıl təcrübələrin müzakirə və fikir mübadilələri əsasında paylaşılması nəzərdə tutulub.

 

Tədbir “Təhsildə strateji idarəetmə”, “Təhsildə rəqəmsallaşma və innovasiyalar”, “Yeni nəsil, yeni istəklə” panelləri və təhsildə idarəetmə modelləri, təhsildə keyfiyyətə təminat və akkreditasiya, təhsildə və təhsil idarəetməsində yeni texnologiyaların tətbiqi, standartları yüksəltməyin yolları mövzuları üzrə davam edəcəkdir.

 

Zirvə haqqında ətraflı məlumatı www.tmz.az rəsmi veb-saytı və sosial media hesablarından əldə etmək mümkündür.

 

“Facebook”: https://www.facebook.com/tehsilmenecmentizirvesi/

“Instagram”: https://www.instagram.com/tmzbaku/

“LinkedIn”: https://www.linkedin.com/company/98491998/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq